Schroedinger’in Paradoks Pişiyi

Hər kəsə salam, ilk yazımı ən sevdiyim düşüncə təcrübəsi olan “Schroedinger’in pişiyi” paradoksu ilə başlamaq istəyirəm. Ümid edirəm ki bəyənərsiniz).

Şrödingerin pişiyi (ing. Schrödinger’s cat) — Avstraliyalı fizik Ervin Şrödinger tərəfindən ortaya atılmış, kvant fizikasıyla əlaqəli olan, haqqında bir çox müzakirələr aparılmış düşüncə təcrübəsidir. Adətən kvant mexanikası və Kopenhagen təfsiriylə əlaqəli olan bir paradoks olaraq bilinir.

(Şrödingerin pişiyi – Təcrübə qurğusu)

Təcrübə, 1935-ci ildə ortaya atılmışdır və tamamilə nəzəri bir təcrübədir. Təcrübə, Şrödingerin Kopenhagen təfsiri və ümumi olaraq kvant fizikasında gördüyü bəzi problemləri açıqlayır. Bu təcrübə sonda ölü ya da diri ola biləcək xəyali bir pişiklə əlaqədardır. Pişiyin ölü ya da diri olması, müşahidədən əvvəlki təsadüfi bir vəziyyətin nəticəsidir.

Təcrübə qurğusu

Təcrübənin başlanğıcında qapalı bir qutunun içində canlı olan bir pişik var. (Qutunun içinin heç bir şəkildə müşahidə edilməməsi çox vacib bir məsələdir. Bunun səbəbi Kopenhagen təfsiridir.) Qurğunun tərkibi belədir: Parçalanma ehtimalı 50% olan bir radioaktiv maddə, radioaktivlik dedektoru və ondan asılı olan qapalı qabda zəhərli qaz. Maddə parçalanarsa dedektor işə düşərək qabı sıdıracaq və pişiyi öldürəcək zəhərli qazı havaya buraxacaq.

Buradakı vacib məsələ isə, parçalanma ehtimalının tam olaraq 50% olmasıdır. Bu şəkildə maddənin parçalanıb-parçalanmayacağı əvvəlcədən müəyyənləşdirilə bilməz. Nəticə olaraq pişik, qutu açılanda ya zəhərlənib ölmüş bir şəkildə görüləcək, ya da parçacıq parçalanmadısa diri olaraq görüləcəkdir.

Ancaq təcrübənin paradoks kimi tərif edilməsinin səbəbi nəticə deyil, təcrübənin müşahidə edilməyən mərhələsidir. Vacib olan məsələ, müşahidə edilmədən əvvəl qutunun içində nələr olduğudur. Qutu açılmadan, müşahidə edilmədən əvvəl pişik nə vəziyyətdədir? Ölüydümü yoxsa diriydimi? Kvant fizikasına görə həm ölü, həm diridir.

(Pişik standart Fizika qanunlarına görə ya ölüdür, ya da diridir)

Qutu açıldığı anda müşahidəçi də iştirakçı olur. Kvant dilində bu vəziyyətə dalğa funksiyasının çöküşü deyilir. Yəni bir neçə ehtimaldan bir dənəsinə düşürülən vəziyyətdə müşahidəçi də həmin kainata daxil olur.

Yazını bəyəndinizsə bizə dəstək olaraq işlərimizin davamlı olmasını, elmə ehtiyacı olan insanlara elmi öz dilimizdə çatdıra bilmək üçün bu yolda xeyli məsafə qət edə bilməyimizə yardımçı ola bilərsiniz. Elmlə qalın)).

İstinadlar:

https://az.wikipedia.org/wiki/%C5%9Er%C3%B6dingerin_pi%C5%9Fiyi

Published by From Earth

If u see this, i've already done.

Schroedinger’in Paradoks Pişiyi” üçün 2 şərh

Bir şərh yazın

Design a site like this with WordPress.com
Başla: