Kainatın Ən Geniş 3 Ölçülü Xəritəsi Hazırlanıb

Kainatın 11 milyard ildə necə genişlədiyini ve dəyişdiyini göstərən yeni 3 ölçülü xəritəsi çıxarıldı.

Science Blog’un xəbərlərinə görə, 23 akademik məqalədə yayımlanan bu günə qədərki ən geniş 3 ölçülü xəritə, kainatımızın təqribən 6 milyar il öncə indikinə nisbətən çox daha sürətlə hərəkət etməyə başladığını ortaya qoydu.

Xəritənin 100-dən çox astronomun ortaqlı əməyinin nəticəsi olduğu bildirilib.

Genişləndirilmiş Baryon Salınım Spektroskopik Tədqiqatı, başqa sözlə, “eBOSS” adı verilən ortaqlı çalışmada, kainatın daha öncəki xəritələrinin önünə keçməsi üçün ulduza bənzər göy cisimlərindən və sönük galaktikalardan istifadə olundu.

Xəritə, kainatın zamanla necə genişlədiyinə dair yeni anlayışlar ortaya qoyur, eləcə də, 2 milyondan artıq galaktikanın hərtərəfli ölçülmələrini də bizlərə təqdim edir.

Layihədə yer alan Ohio Universiteti Kosmologiya və Astrozərrəcik Fizikası Mərkəzi’ndə çalışan astronom Ashley Ross, “Öyrənmək istədiyimiz şeylərdən birisi, kainatın genişləməsinə yol açan sirli şeyin – “qaranlık enerjinin” zamanla inkişafıdır” fikirlərini bildirib.

Alimlər, kainatın təxminən 13,8 milyard yaşında olduğunu hesab edirlər.

Kainatımızın nə qədər geniş və ucsuz-bucaqsız olduğunu anladıqca, eynilə bizim də həmin çarxda çox kiçik toz zərrələrindən başqa bir şey olmadığımızı xatırladır bizlərə. Yəni, həyatda olduğumuz və düşünərək yaşaya bildiyimiz hər an önəmlidir və bütün bunlar dəyişməz xaosun bizlərə gətirdiyi sabitliyin təcəssümüdür…))

İstinadlar :

https://beyinsizler.net/

Published by From Earth

If u see this, i've already done.

Bir şərh yazın

Design a site like this with WordPress.com
Başla: