“Hər Şey 13,8 Milyard İl Öncə Başladı…”


İnsan oğlu var olduğundan bəri kainat onun marağını cəlb edən ən başlıca mənbə olub. Yüz illər ərzində fərqli filosoflar, alimlər fərqli-fərqli teoriyalar irəli sürüblər və bunları sonrakı nəsillər üçün əsas mənbə kimi davam etdiriblər. Bəziləri heç vaxt gün üzünə çıxmasa da, bəziləri Orta əsrlərdə illərlə qəbul edilib. Lakin sonradan aparılan bir çox elmi tədqiqatlarla bu antik düşüncələr çürüdülərək yerini daha çox Fiziki olan fikirlərə buraxıb.


20. yüzilliyə gəldiyimizdə isə, kainat haqqında aparılan tədqiqatlar artıq daha aktiv və elmə daha uyğun bir şəkildə aparılmağa başlanmışdır. Kainat artıq klassik fizikadan əlavə, müasir fizika ilə də açıqlanmağa başlanmışdır.
Einstein’in Xüsusi Nisbilik nəzəriyyəsi, Edwin Hubble’ın kainatın genişlədiyini isbatlaması bunlara misal ola bilər. Bu tədqiqatlar davam edərkən ağla başqa bir sual gəlir. Bəs kainatın bir başlanğıcı varmı? Varsa kainatımız necə meydana gəldi? Əlbəttə ki, bu suallar bizi Böyük Partlama (Big Bang) teoriyasına doğru götürür.


İndi gəlin qısa bir səyahətə çıxaq və kainatın başlanğıcına, yəni 13,8 milyard il əvvələ gedək.

Böyük Partlama(Big Bang) teoriyası


Big Bang teoriyası kainatın başlanğıcı üçün açıqlama gətirən teoriyalardan ən məşhur olanıdır. Ən sadə halı ilə bu teoriya kainatın kiçik bir təklikdən meydana gəldiyini və günümüzün hesablamaları ilə 13,8 milyard ildir genişləyərək davam etdiyini ifadə edir. Əlbəttə, astronomlar kainatın başlanğıcını əlimizdə olan cihazlarla tam şəkildə tədqiq edə bilmədikləri üçün Big Bang hadisəsini riyazi hesablamalarla ifadə edirlər.



İndi gəlin, kainatın əmələ gəlməsini 4 mərhələdə gözdən keçirək:


1. İrəli Erkən Vaxtlarda Kainat


Bu mərhələdəki bütün fikirlər irrasionaldır. Çünki, günümüzdəki heç bir ‘zərrəcik sürətləndirmə təcrübəsi’ həmin mərhələni anlamağa yetəcək qədər yüksək enerjilərə çata bilməyib. İrəli atılan bütün ssenarilər fərqlilik göstərir. Həmin ssenarilərə verilə biləcək misallar: Bran inflyasiyası, sicim qaz kosmologiyası və s.


2. Erkən Vaxtlarda Kainat


İrəli erkən vaxtlar kainatında yüksək istilik nəticəsində bəzi dəyişmələr baş verdi və kvarkların təməlləri əmələ gəlməyə başladı. Bu mərhələdə kainat kvark-qluon plazması ilə doldu. Bu mərhələdən etibarən kainatın erkən mərhələsi fizika tərəfindən anlaşılandır və bu mərhələdəki enerjilər birbaşa olaraq aparılan təcrübələrə cavab verir. Bu mərhələdə kvark-qluonlar hadronlara qədər soyumağa başlayır. Bunlara protonlardanneytronlardan ibarət baryonlar da daxildir. Sonra hadronların yox olması ilə leptonlar əmələ gəlir. Daha sonra leptonların da yox olması ilə protonlar əmələ gəlir.
Bu mərhələdən sonra protonlar və neytronlar birləşərək atomun nüvəsini əmələ gətirməyə başlayırlar. İlk əmələ gələn element Deyteriumdur(hidrogenin 2 elektronlu izotopu). Ondan sonra füzyon(qaynaşma) reaksiyaları davam edir. Bundan sonrakı mərhələdə maddənin hakimiyyəti, yenidən birləşmə və qaranlıq mərhələ adlanan dövr meydana gəlir.

(Kainatın qısa tarixi bir şəkildə)


3. Böyük Ölçülü Quruluşların Əmələ Gəlişi


Big Bang modelində böyük quruluşlardan öncə kiçik quruluşların əmələ gəlməsi davam edir. Bu mərhələdə ilk yaranan quruluşlar kvazarlar olur. Kvazarların erkən aktiv qalaktikaların və ulduzların bir populyasiyası olduğu düşünülməkdədir. Burada kvazarların və ulduzların əmələ gətirdiyi radiasiya kainatı ionlaşdırır.
Bunlardan sonra ilk ulduzlar yaranmağa başlayır. Ondan sonra qalaktikalar, qalaktika birləşmələri və super qalaktika birləşmələri yaranmağa davam edir. Təxminən, kainatın yaranmasından 9 milyard il sonra Günəş sistemimiz yaranır. Hidrogenlərin çoxusu və digər elementlərin izləri mərkəzdə böyük bir kürə yaradacaq şəkildə çökməyə başlayırlar. Yaranan bu kürə Günəşdir. Ancaq bu kürənin ətrafında başqa kürələr də əmələ gəlirdi. Onlar da sonradan digər planetləri, kometalarıasteroidləri yaradacaqdılar.



Bura qədər kainatın ilk yaranmasından bu günə qədərki dəyişilmələrdən danışdıq. Bəs yaranan kainatın əvvəl-axır bir sonu olmayqmı? Əlbəttə ki, olacaq. Bunun üçün də alimlər fərqli teoriyalar irəli sürürlər. İndi gəlin həmin ssenarilərdən qısaca danışaq.


4. Kainatın Sonu


Kainatın sonu üçün ehtimal edilən bir neçə ssenari var.


A) Böyük Donma(Big Freeze) – 1014 milyard il:


Bu teoriyaya görə, kainatda yaranan enerji bu müddət ərzində soyumağa başlayacaq. Temodinamik tarazlıq nöqtəsinə çatdıqdan sonra artıq heç bir yeni quruluş əmələ gələ bilməyəcək və sonsuz sükuta qərq olacaq.


B) Böyük Parçalanma(Big Rip) – 100+ milyard il:


Bu teoriyada kainat genişləməyə davam etsə, qalaktikalar və günəş sistemimiz sonsuz genişləmə ilə yox olacaq. Genişləmə prosesi o qədər sürətli olacaq ki, elektromaqnit qüvvəsi atomları və molekulları bir arada tuta bilməyəcək, nəticədə hər şeyin radiasiyaya qədər parçalanaraq yox olması istisnasız olacaq.


C) Böyük Böhran(Big Crunch) – 200+ milyard il:


Böyük Parçalanma ssenarisinin əksinə, bu ssenaridə kainatın genişlənməsi tərsinə çevriləcək və kainat yenidən isti və qatı halına geri dönəcəkdir. Təbii ki, yenilənən müşahidələr bu teoriyanın doğru olmadığını və kainatın sürətlə genişləməyə davam edəcəyini doğrulayaraq bu müddəanı çürütməyi bacarır.

Əgər bu yazı sizin xoşunuza gəldisə, aşağıdan digər yazılarıma da göz gəzdirə bilər və belə yazıların daha çox gəlməsi üçün də bunu paylaşaraq və bəyənərək bizə dəstək ola bilərsiniz. Həmçinin, sponsor axtarışımız hələ də davam edir və bu proses də təkbaşına daha çətin olur. Bizə bu xüsusda kömək olmaq istəyənlər yuxarıda “əlaqə” bölməsindəki E-poçt ünvanı ilə bizə müraciət edə bilərlər. Əvvəlcədən, elmə dəstək olan hər kəsə təşəkkürlər)).

İstinadlar :

https://bilimfili.com/

https://www.kozmikanafor.com/

Published by From Earth

If u see this, i've already done.

One thought on ““Hər Şey 13,8 Milyard İl Öncə Başladı…”

Bir şərh yazın

Design a site like this with WordPress.com
Başla: