İnancın Dəyişdirici Gücü – “Plasebo Effekti”

Plasebo effekti – psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effekti. Latın mənşəli söz olub, xoşbəxt etmək mənasına gəlir. Belə dərmanlara el arasında “şəkər həbləri” də deyilir.


Aşkar olunmuşdur ki, plasebonun müsbət təsirinin gözlənilməsi kimyəvi mexanizm yaradır: beynimiz endorfin (ağrını azaldan və sakitləşdirici effekt yaradan təbii hormon) istehsal etməyə başlayır. Yəni, plasebonun fiziki olaraq heç bir müalicə gücü yoxdur. Sadəcə, sahib olduğu müalicə gücünü təmamilə xəstənin verilən dərmanın işə yarayacağına inanmasından alır. Nəticədə ağrı həqiqətən də azalır. İndi alimlər öyrənməyə çalışırlar ki, nə üçün plasebo hamıda eyni reaksiya doğurmur?


Daha yaxşı başa düşmək üçün gəlin plasebo effekti yaratmış bəzi hadisələrə nəzər salaq:

Hadisə № 1

Maşınqayırma fabrikində bir fəhlə öz yoldaşı ilə zarafat etmək üçün dəmir disklərinin birini rezin disklə əvəz edir, lakin onun dəmirdən seçilməməsi üçün onu həmin rəngdə rəngləyir. Lakin, zarafatın sonu dostunun ölümü ilə bitir. Belə ki, iş zamanı rezin disk sürüşür və fəhlənin başına dəyir. Fəhlə elə bilir ki, disk həqiqətən də dəmirdəndir və onun ürəyi bu qorxudan dayanır. Ən qəribəsi odur ki, həqiqətən də fəhlənin başında qalan iz dəmir diskdən zədələnmiş formada idi. Fəhləni öldürən dəmir diskin özü olmamışdı, bu haqda fikri olmuşdu.

Hadisə № 2

Orta əsrlərdə, fərqli düşünən insanlara qarşı inkvizisiya tətbiq olunurdu. Bu qrupa aid insanlar o qədər çox olurdu ki, onların hamsını edam etməyə zaman olmurdu. Bunun üçün belə bir üsuldan istifadə edirdilər: əslində tərkibi təbaşir tozundan olan məhlulu dustaqlara içirdirdilər və bunun zəhər olduğunu söyləyirdilər. Həqiqətən də insanlar tezliklə ölürdülər . Sonrakı tədqiqatlar göstərir ki, həqiqətən də onların orqanizmində zəhərləyici maddə aşkar edilmişdir. Yəni mədəaltı vəzi özü lazımı zəhəri hazırlamışdı.

Hadisə № 3

Pis sonluqlu hadisələrdən müsbət sonluqlu hekayələrə keçək.

Almaniyada vərəm dispanserində belə bir şayiə yayılmağa başlandı ki, bir qrup alim vərəmi sağaldan mövcüzə dərman hazırlayıblar. Bir müddət dərmanın üstünlükləri haqqıda danışıldı. Daha sonra xəstələrə bildirildi ki, bu həblər klinika tərəfindən alınıb. Həbləri qəbul edən xəstələrin 90% sağalmağa başladı. Əslində isə heç bir möcüzəli həb icad edilməmişdi–onlar adi aspirin idi. Demək ki, onları sağaldan həb deyil, həbə olan inanc idi.

Hadisə № 4

ABŞ, 50-ci illər. Belə bir eksperiment haqqında şayiələr yayılmağa başlandı. 100 nəfərdən ibarət iki qrup yaşlı insan toplanıldı. Bir qrupa deyildi ki, onlara xüsusi həblər veriləcək, bu həb sizdə yüksək əhval-ruhiyyə yaradacaq, enerjinizi artıracaq. Digər qrupa deyildi ki, sizə bir həb veriləcək, o, sizə yuxu gətirəcək, əsəbləriniz sakitləşəcək, halsızlıq yaradacaq.

Təxmin etdiyiniz kimi hər iki qrupa eyni həblər verilmişdi, lakin bu həblər fərqli reaksiyalar yaratdı. İşin sirri budur ki, insanlara öncədən baş verəcək hadisələrin proyektini təlqin edirlər və insanlarda da buna uyğun reaksiyalar yaranır. Düzdür, elə qrup insanlar var ki, buna tabe olmurlar və plasebo onlarda işə yaramır.


Bundan başqa, nosebo effekti adlanan təsir forması da var ki, bu da, plasebonun əski kimi izah olunur. Yəni, xəstənin psixoloji olaraq verilən dərmanın ona zərər verəcəyini düşünməsi ilə ortaya əks göstərişlərin çıxması halı.

Yazını bəyəndinizsə E-mailinizlə pulsuz abunə olaraq yeni yazılarımı izləyə və bu yazıları başqaları ilə də paylaşaraq mənə dəstək ola bilərsiniz. Unutmayaq, elm məhz paylaşıla bildikdə elm olur)).

İstinadlar :

https://az.wikipedia.org/wiki/Plasebo_effekti?wprov=sfla1

https://tr.wikipedia.org/wiki/Nocebo_etkisi?wprov=sfla1

Published by From Earth

If u see this, i've already done.

Bir şərh yazın

Design a site like this with WordPress.com
Başla: