5G, ya da digər adı ilə 5. nəsil mobil telekommunikasiya xidməti, yeni nəsil kabelsiz telefon texnologiyasıdır. Bizlərə 4G texnologiyasından 10 qat daha artıq sürətli məlumat mübadiləsi vəd edir.
5G-nin bizlərə gətirəcəyi müsbət yeniliklər nələrdir?

- Daha çox sürətli endirmə və qarşıya yükləmə.
- Daha yaxşı videolu söhbət, xüsusilə də hərəkət halında olarkən.
- Telefonlarda daha yaxşı batareya ömrü.
- Çox daha yaxşı genişlənmiş reallıq(VR) təcrübəsi.
- Yeni virtual mobil reallıq təcrübələri.
- Geyiləbilən texnologiyalarda müsbət inkişaf dəyişiklikləri. Məsələn, hər addımınızı izləyən fitnes band’ları kimi.
- Gecikmə vaxtının azalması sayəsində daha yaxşı sinxronizasiya oluna bilən sürücüsüz avtomobillər və s.
Bütün bu inkişaf yenilikləri bizlərə 5G-nin nə üçün bu qədər həyəcanlandırıcı və ümid verici olduğunu söyləməyə əsas verir.

Bəs nə üçün bəzi ölkələr bu texnologiyadan faydalanmaq istəmirlər?
Keçən aylarda İspaniyanın Barselona şəhərində 5G texnologiyasından istifadə edilərək əməliyyat gerçəkləşdirilib. Bu əməliyyatdan sonra 5G ilə bağlı müsbət fikirlər xeyli artmağa başladı. Müsbət fikirlər atarkən bir neçə ölkədə təşkil olunan kompaniyalar ölkədə 5G-nin leqal şəkildə istifadəsinin önünü kəsir. Xüsusilə də, Avropa ölkələri 5G texnologiyasının radiasiya yaydığını iddia edərək buna qarşı çıxırlar. Mövzunun mütəxəssisi olan bəzi firmalar və alimlər 5G texnologiyasının yaydığı radiasiya miqdarının insanların sağlamlığı üçün təhlükəli ölçülərdə ola biləcəyini deyirlər. Eləcə də, 5G texnologiyası ilə hal-hazırda dünyada yayılan Koronavirus(COVİD-19) pandemiyası arasında əlaqə olduğu ideyasını ortaya atırlar, lakin aparılan tədqiqatlar bu məlumatın əsassız olduğunu deməyə imkan verir.
5G haqqındakı təhlükə riski sadəcə sağlamlıq mövzusu ilə də bitmir. ETH Zurich, Lorraine Universiteti və Dundee Universitetinin tədqiqatçıları 5G-nin xüsusiyyətlərini hərtərəfli şəkildə təhlükəsizlik analizindən keçiriblər. Nəticədə, hazırki xidmət prosedurunu nəzərə aldıqda, bir çox təhlükəsizlik probleminin tapıldığını və bu vəziyyətin saysız xaker hücumuna yol verə biləcəyini vurğulayırlar.
Yazını bəyəndinizsə, paylaşaraq bizə və elmə dəstək ola bilər, həmçinin daha çox insanın məlumatlanmasına yardımçı olmaqla elmi qloballaşdırma işində xeyli yol qət etməyimizə kömək etmiş olarsınız. Və son olaraq sizlərə bir sual:
Bəs sizcə Azərbaycanda 5G texnologiyası qurulmalıdırmı və qurulsa/qurulmasa nə kimi dəyişikliklər baş verə bilər?
İstinadlar :