Xərçəng nədir və necə yaranır?
Xərçəng, günümüzdə çox tez-tez rastlaşdığımız və erkən diaqnoz qoyulub müalicə edilmədiyi zamanlarda ölümcül ola bilən xəstəlikdir. Xərçəng, bilinənin əksinə, xaricdən bədənimizə daxil olan bir virus deyil. Bədən hüceyrələrinin öz nəzərətlərini itirməsilə normalda olduğundan daha sürətli şəkildə bölünməsi və həddindən artıq çoxalması(mutasiya) nəticəsində baş verir.

Bəzi hallarda genetik, bəzi hallarda isə xarici təsirlər nəticəsində əmələ gələ bilir. Gəlin, biraz bu xarici təsirlərdən danışaq. Pis həyat şəraiti, sağlam olmayan qidalanma, hərəkətsiz yaşayış tərzi, pis vərdişlər(siqaret, alkoqol və s.), UV radiasiyası kimi ünsürlər xərçəngin əmələ gəlməsinə səbəb ola bilər. Xərçəng, çox vaxtı heç bir simptom göstərmədən gizlincə meydana gələn bir xəstəlikdir. Məsələn, qrip olduğunu zənn edən bir nəfər xərçəng olmuş ola bilər. Yəni dediyim odur ki, Xərçəng də adi qriplə oxşar simptomlar göstərə bilər. Əlbəttə ki, hər qrip əlaməti göstərən şəxs də xərçəng deyil.

Xərçəngin diaqnozunda ilk addım şikayət, simptom və nəticələrin mütəxəssis həkimlər tərəfindən diqqətli şəkildə dəyərləndirilməsi və hərtərəfli fiziki müayinədən keçirilməkdir.
Bundan əlavə, hərtərəfli qan analizləri və görüntüləyici cihazlara müraciət edilir. Əgər içi boş bir orqanın Xərçəng olduğundan şübhələnilirsə endoskopiya üsulundan istifadə olunur.

Bədənə radioaktiv maddələr yeridilməklə şiş hüceylərərinə baxılması üsulunun istinad etdiyi nüvə tibbi tədqiqləri də şiş hüceyrələrinin aşkar olunmasında böyük rol oynayır. PET-CT(Pozitron Emissiya Tomoqrafiyası), tibbi nüvə və görüntüləmə üsullarının birlikdə istifadə olunduğu qabaqcıl texnologiyalardan biridir.
Görüntüləmə üsulu hər nə qədər faydalı olsa da, Xərçəng diaqnozunun dəqiqləşdirilməsi üçün toxuma nümunəsi alınaraq patoloji tədqiqat əsas sayılır. Toxuma mümunəsi almaqda cərrahi biopsiya get-gedə arxa plana atıldı, endoskopiya və müasir radiologiya üsulları isə daha önə çıxdı. Bu gün, incə və qalın iynə biopsiyaları bir çox xərçəng diaqnozunda geniş istifadə olunur. Xərçəng diaqnozu dəqiqləşdikdən sonra həkimlər xəstəliyin hansı mərhələdə olduğunu müəyyən etməyə çalışırlar. Xərçəngin mərhələləri hər bir orqan üçün fərqlilik göstərsə də, Beynəlxalq Xərçəng Təsnifatı sistemləri əsasən, şişin ölçü və dərinliyini, qonşu orqanlara yayılma halını, əlaqəli limfa orqanlarındakı vəziyyətini və Xərçəngin nə qədər uzağa yayıldığını əsas götürür.
Diaqnoz metodları ilə edilən klinik sinifləndirmə sadəcə bir təxmindir və tam dəqiq nəticə verə bilməz.
Şişin və əlaqəli olduğu limfatik toxumaların çıxarılmasından sonra aparılan patoloji tədqiqatla hansı mərhələdə olduğu dəqiqləşdirilir.

İn situ nədir?
Yeni başlayan və hələ sağlam hüceyrə strukturunu pozmayan xərçənglər “in situ” adlanır. Bunlar vücuddan çıxarıldıqda %100 sağalma mümkündür. Uzaq orqan metastazlı vəziyyətlər isə xəstəliyin son mərhələsini təmsil edir. Bu qrupda olanlar yaşama ehtimalı ən az olanlardır. Digər fenomenlər vəziyyətə görə aralıq mərhələlərə bölünürlər. Uyğun müalicə üsullarına rəğmən xəstələrdələki yaşama ehtimalı xəstəliyin mərhələsi ilə əksərən paralellik göstərir. İstifadə olunacaq müalicə forması xəstəliyin görüldüyü orqana, xərçəngin hüceyrə tipi və alt xarakteristikasına, mərhələsinə, xəstənin yaş, cinsiyyət və sağlamlıq vəziyyəti kimi xüsusiyyətləri əsas götürülərək planlanmalıdır. Həmin planlanmanın ümumi cərrah, patoloq, medikal və radiasiya onkoloqu, radioloq və tibbi nüvə mütəxəssisinin iştirakı ilə çoxşaxəli bir yanaşma ilə aparılması məsləhət görülür.
Uğurlu müalicə xəstəliyin lokal nəzarətini, gələcəkdəki yenilənmələrinin və uzağa yayılmasının qarşısının alınmasını, həyat şəraitinin yaxşılaşdırılmasını və xəstəliksiz uzun ömür yaşamaq şansının əldə edilməsini hədəfləyir.Eynilə biz də bu kimi faydalı və üstəlik həyati əhəmiyyət daşıyan məlumatları başqaları ilə də paylaşaraq bəlkə də, insanların bu mövzuya ciddi yanaşmalarını təmin edə bilər və nəticədə bir çox insana dolayı yolla da olsa köməklik etmiş olarıq.

Yazını bəyəndinizsə və belə məqalələrin daha tez-tez gəlməsini istəyirsinizsə yazını sadəcə paylaşaraq bizə və elmə dəstək verə bilərsiniz.
Xüsusilə qeyd etmək istəyirəm ki, sponsor axtarışımız davam edir və bu xüsusda bizə dəstək ola biləcək hər kəsə minnətdar olarıq. Çünki, ‘elm məhz paylaşıla bildikdə elm olur’).
One thought on “Dövrümüzün Kritik Xəstəliyi: “Xərçəng””