Türk Alimlər Nikotinin İmmun Sistemini “Çaşdırdığını” Sübut Ediblər.

İzmirdəki universitetlərdə tədqiqat aparan bir qrup elm adamı nikotin istifadəsinin immunitet sistemini “çaşdırdığını” və “aqressivləşdirdiyini” sübut etdi.


Dokuz Eylül Universiteti (DEU) Tibb Fakültəsi Fiziologiya Bölümü Müəllimi Prof. Dr. Nazan Uysal Harzadın başçılıq etdiyi komanda nikotinin həzm sisteminə, xüsusən də mədəyə etdiyi təsirləri “mexanizm” baxımından araşdırdı.


Təcrübə heyvanları ilə aparılan araşdırmada immunitet sistemini meydana gətirən antiinflamatuar (iltihab əleyhinə) və proinflamatuar (iltihab yaradan) tarazlıq araşdırılmışdır.

Tədqiqat nəticəsində nikotinə məruz qalan təcrübə heyvanlarının mədəsində və digər həzm orqanlarında immunitet sisteminin “çaşdığını” və nikotin verilən siçovulların xərçəng, diabet, ürək və qan təzyiqi kimi bir çox xroniki xəstəliklərə yoluxmasının açıq olduğu ortaya çıxdı.
Nikotinin istifadəsi ilə proinflamatuarın dominant hala gəldiyini aşkar edən tədqiqatçılar, daim müharibə şəraitində olan immunitet sisteminin aqressivliyə meyilli olduğunu və öz bədən hüceyrələrinə hücum edə biləcəyini təyin etdilər.

Nikotin, mədə və digər həzm orqanları arasındakı mexanizmlə əlaqədar türk alimlərinin apardığı araşdırma tibbi ədəbiyyatın tanınmış jurnallarından olan Toxin Reviews-da yayımlandı və dünyaya elan edildi.


Professor Dr. Nazan Uysal Harzad, nikotinin insan sağlamlığına zərərli təsirlərini aşkar edən bir çox elmi araşdırmanın olduğunu, ancaq həzm prosesindəki fəaliyyət prosesi ilə əlaqəli tədqiqatların sayının demək olar ki, yox dərəcəsində olduğunu söylədi.

Nikotinin mənfi təsirlərini bilirdik, amma bunun mexanizmini bilmirdik” deyən Harzad işini tərtib edərək belə dedi:

“Nikotinin həzm sisteminə, xüsusən də mədəyə təsirini öyrənmək üçün xroniki bir araşdırmada 2 ay müddətində təcrübə heyvanlarımıza nikotin verdik. Bu müddətin sonunda mədədə immunitetin vəziyyətinə baxdıq. Biokimyəvi metodları araşdırdıq və histopatoloji müayinə etdik. İmmunitet sisteminin sabitliyi bədənimizin sağlamlığı üçün çox vacibdir. Xaricdən gələn mikroblarla savaşması, gündəlik iş və hüceyrələrin bərpası davam etməlidir. İmmunitet sisteminin başı qarışıq olarsa, bu işlər lazımi şəkildə aparıla bilməz. Bədənimiz bəzi xarici təsirlərə qarşı qorunmasız hala gələr.”


Harzad, immunitet sisteminin 70 faizinin həzm sistemindəki hüceyrələr tərəfindən təmin olunduğunu vurğulayaraq,”Əgər biz həzm sistemimizin sağlamlığını təmin etsək, problem yaranmaz, ancaq tarazlıq pozularsa xəstəliklərin yaranması qaçılmaz olur.” dedi.

O izah etdi ki, bu günə qədər aparılan elmi araşdırmalar xərçəng, şəkərli diabet, yüksək təzyiq, ürək və beyin xəstəlikləri kimi bir çox xəstəliklərin arxasında “iltihabın” olduğunu və iltihabın “immun sisteminin qarışıqlığının” nəticəsi olduğunu açıqladı.



İmmunitet sistemini bədənin “müdafiə əsgərləri” olaraq təyin edən Harzad, bunları söylədi:

“İmmunitet sistemimiz bir tarazlığa sahibdir. Bunu hücumçu və müdafiəçi bir qrup olaraq təsvir edə bilərik. Proinflamatuarlar hücumçular, antiinflamatuarlar isə, bu hücumun əleyhinə olanlardır. Antiinflamatuar maddələr bizə hücum edənlərə qarşı çıxmaqla yanaşı, həm də öz bədənimizdə olan hücumlara da qarşı çıxır. Beləliklə, hücumlara qarşı balans çox vacibdir. Əgər bu münasibət hücum yönündə pozulsa, bədənimiz daim müdafiə vəziyyətində qalmağa məcbur olur. Belə bir çaşqın immun sistemi hər şeyə hücum edə bilər. Hətta, öz bədən hüceyrələrini tanıya bilməyib öz hüceyrələrinə də hücum edə bilərlər. Nikotin də bu tarazlığı daha çox hücum istiqamətində pozur. Nəticədə, daha aqressiv və hücuma meyilli bir immun sistemi ortaya çıxır.”


Harzad, işinin nüfuzlu bir beynəlxalq jurnalda dərc edilməsindən qürur duyduğunu vurğulayaraq deyir: “Bu araşdırma elm adamları üçün bir bələdçi ola bilər. Həzm sistemi ilə əlaqəli tədqiqat aparanlar üçün xüsusilə faydalı ola bilər. Düşünürəm ki, bunun əsas təsiri hələ də siqaret çəkənlər üçün olacaq. Zərərli təsirlərinə baxmayaraq, hələ də siqaret çəkənlərə bu mesajı çatdırmaq istəyirik; İmmunitet sistemimizin balansını qorumaq üçün nikotin və siqaretdən uzaq durmalıyıq.”

Gələcəkdə tütün məmulatlarının insan bədəninə necə təsir etdiyini və necə aludəçilik yaratdığına dair ətraflı bir məqalə hazırlamağı planlayıram. Elmə dəstək olan kəslərə təşəkkürlər)

İstinadlar :

https://beyinsizler.net/

Published by From Earth

If u see this, i've already done.

Türk Alimlər Nikotinin İmmun Sistemini “Çaşdırdığını” Sübut Ediblər.” üçün 2 şərh

Bir şərh yazın

Design a site like this with WordPress.com
Başla: