Olbers Paradoksu: Kainat Niyə Qaranlıqdır?

Orta hesabla yalnız müşahidə edilə bilən Kainatda 225 milyard böyük qalaktikalar, 7 trilyon cırtdan qalaktikalar və ümumilikdə 30 milyard dəfə trilyon sayda ulduz olduğu düşünülür. Təkcə bizim ulduzumuz olan Günəş bütün gün planetimizi göz qamaşdıracaq dərəcədə parlaq edə bilərkən; Kainat nə üçün bu qədər qaranlıqdır?  Ən əsası, kainat niyə bizə qaranlıq görünür?  Kainatın hər hansı bir rəngi varmı?

Bunlar həqiqətən maraqlı suallardır;  çünki bizə Kainatın və işığın/rənglərin təbiəti haqqında gözəl məlumatlar təqdim edir. Bu suallara 2 fərqli şəkildə cavab verə bilərik: Birincisi, Olbers Paradoksu adlanan bir kosmoloji paradoks baxımından… İkincisi, işıq fizikası baxımından … Əvvəlcə, Olbers Paradoksuna nəzər salaq.

Kainat işıq mənbələri ilə doludur, lakin kainatın özü işıqla dolu deyil. Bu fotoda, Hubble Kosmik Teleskopu ilə çəkilən yüzlərlə qalaktikanı görürsünüz. Bu qalaktikaların hər birində yüz milyardlarla ulduz var!

Olbers Paradoksu: Kainat niyə qaranlıqdır?

Johannes Kepler-dən Edmond Halley-ə qədər bir çox astronomu və kosmoloqu çaşdıran suallardan biri də Kainatın niyə işıqlı deyil, qara bir yer olması ilə bağlı idi. Çünki Kainat sonsuz dərəcədə böyükdürsə, onda sonsuz sayda ulduz olmalıdır. Bu vəziyyətdə, hara baxsaq mütləq bir ulduz görəcəyimizi gözləyə bilərdik və həmin ulduzların işığı nəhayət bizə çatacaqdı. Beləliklə, Kainat başdan ayağa işıqla dolu olardı! Bəs onda, Kainat niyə qaranlıqdır?

Bu paradoks ilk dəfə 1823-cü ildə Alman astronomu Heinrich Wilhem Olbers tərəfindən ifadə edilmişdir;  buna görə də Olbers Paradoksu adlanır.

Olbers Paradoksu bu gün artıq bir paradoks deyil – məqaləmizin əvvəlindəki cümlə bu barədə bir ipucu verə bilər.  Ancaq Kainatın nə üçün işıqla dolu olmadığını başa düşmək üçün Kainatın işıqla dolu olması gərəkdiyini düşündürən üç təklifi qeyd etməliyik: sonsuz kainat, statik(hərəkətsiz) kainat, zamansız kainat. Eynən sabit, güzgülərlə dolu bir otaqda bir işıq yandırdığınızı düşünün. Bu zaman əlbəttə hər tərəf işıqla dolu olardı… Kainatın bu üç xüsusiyyəti varsa, deməli, işıqla dolu olmalıdır. Ancaq işıqla dolu deyilsə, bu üç xüsusiyyətdən ən azı biri olmamalıdır.

1920-ci illərdə Olbers Paradoksunun paradoks olmadığını isbatlayan Edvin Hubble idi. Hubble, qalaktikaların getdikcə bir-birindən uzaqlaşdığını görür və Kainatın statik və ya zamansız olmadığını, əksinə zamanla daim genişləndiyini bildirdi. Bunun ardınca, çox sayda yeni dəlillərlə bu hipotez dəstəklənərək Big Bang nəzəriyyəsi quruldu və kainatın bu günkü ən güclü modelinə çevrildi. Bu nəzəriyyəyə görə Kainat sonsuz yaşda deyil, sadəcə 13.82 milyard yaşındadır. Həm də ki, Kainat sonsuz böyüklükdə də deyil.

Genişləyən kainat modeli.

Bunun paradoksu həll edə bilməsinin səbəbi, Kainatın işıqla dolu olmamasıdır, çünki Kainatda heç də bütün ulduzlar əbədi olaraq mövcud deyildilər.  Bəzilərinin işığının bizə çatması üçün kifayət qədər vaxt keçməyib və buna görə ulduzların bütün Kainatı işıqla doldurması da mümkün deyil. Yerə çata biləcək ən qədim işıq, ən çox 13,82 milyard il boyunca səyahət edən işıqdır.  Bundan daha çoxunun bizə çatması nəzəri cəhətdən qeyri-mümkündür. Bu, Kainatın geniş məsafələrə nisbətən niyə qara rəngli olmasının səbəbini bizlərə izah edir.

Ən azından indiki anda… Çünki əslində bütün Kainat Big Bang’in erkən mərhələlərində olduqca isti və qatı idi.  Və gözlənildiyi kimi, işıqla dolu idi!  Hara baxırdınsa, hər yerdə işıq var idi.  Ancaq Kainat genişləndikcə və soyuduqca, işıq mənbələrindən yayılan işığın qət etməsi lazım olan məsafə artmağa başladı.  Başqa sözlə, zaman-məkan parçasının özü genişlənirdi və bu genişlənmə sözün əsl mənasında işığı zəiflədirdi. Bu zəifləməni biz bu gün qırmızıya doğru yerdəyişmə adlandırırıq. Bu gün, Big Bang-dən qalan işıq o qədər zəifləyib ki, indi infraqırmızı şüaların da altındakı dalğa uzunluqlarına çatmışdır və buna görə də görə biləcəyimiz dalğa uzunluqlarından kənardadır.

Ancaq yenə də bir sual qalır: Niyə kosmik zaman-məkanı qara rəngdədir?  Bəs niyə  yaşıl, çəhrayı və ya bənövşəyi deyil, sırf qaradır? Bu da başqa bir məqalənin mövzusudur. Yazını bəyəndinizsə, bunu başqaları ilə də paylaşaraq elmi daha çox insana çatdırmağımıza kömək edə bilərsiniz. Çünki elm məhz paylaşıla bildikdə elm olur :).

İstinadlar :

https://evrimagaci.org/olbers-paradoksu-trilyonlarca-yildiz-barindirmasina-ragmen-uzay-neden-karanlik-8975

Published by From Earth

If u see this, i've already done.

Bir şərh yazın

Design a site like this with WordPress.com
Başla: