1953-cü ildə Nathaniel Kleitman və Çikaqo Universitetinin müəllimi Eugene Aserinsky yuxu elmini araşdırdılar. Tədqiqatlarda, subyektlərin yuxu zamanı, göz tərpənişlərindən sonra REM yuxusuna keçdiyini müşahidə etdilər.
Yuxu gördüyümüz mərhələ olan REM yuxusu zamanı yuxu görməyimizin səbəbi hələ bilinməsə də, REM-in təbiəti, məzmunu və fiziologiyası haqqında bilgilərimiz gündən-günə artır.
1. Hamımız Yuxu Görürük.

2015-ci ildə edilən bir araşdırmada yuxu görmədiklərini iddia edən insanların əslində yuxularını xatırlamadıqları məlum oldu. Yəni xatırlamasaq da, hamımız yuxu görürük. Ancaq 2014-cü ildə edilən bir araşdırma yuxuları xatırlamağın bəzi nevroloji əsaslara sahib olduğunu ortaya qoydu. Tədqiqatda yuxu görmədiklərini bildirən insanların bir az fərqli REM yuxusu gördükləri məlum oldu.
2. Ağ-Qara TV izlədiyiniz zaman yuxularınız da Ağ-Qara ola bilər.

1942-ci ildə edilən bir araşdırmada, 277 subyektin 71% -nin qara və ağ yuxuları olduğu və rəngli xəyalları çox nadir hallarda gördükləri təsbit edildi.
Eyni araşdırma 2001-ci ildə təkrarlandıqda, iştirakçıların yalnız 18% -i qara və ağ yuxularının olduğunu söylədi. 2008-ci ildə, bəzi insanların boz rəngdə yuxu görmələrini öyrənməyə çalışan İngilis tədqiqatçılar, bu insanların ağ-qara filmlərə baxan insanlar olduğu qənaətinə gəldi.
3. REM Yuxuları Daha Aqressivdir.
İnsanlar REM yuxusundan kənarda da yuxu görürlər. Tədqiqatlar REM mərhələsindən kənar yuxularda sabitliyin daha çox olmasına baxmayaraq, REM mərhələsində aqressiyanın artdığını göstərir.
4. Silahlardan istifadə edən insanlar zorakı yuxulara daha çox meyllidirlər.
Gerçək həyatda zorakılığa məruz qalma şüuraltınıza girə bilər. Bir araşdırma Kanada əsgərlərini Call of Duty və digər zorakı oyun asılıları ilə müqayisə etdi. Və məlum olur ki, əsgərlər oyunçulardan daha şiddətli şəkildə yuxu görür.
5. Qadınlar Kişilərdən Daha Çox Kabus Görürlər.

Bir araşdırmada bu vəziyyətin 10 yaşında başladığı aşkar edildi. Bu vəziyyətin səbəbləri kimi; Demək olar ki, qadınlar yuxuları xatırlamaqda daha yaxşıdırlar və çox vaxt yüksək nevrotik səviyyəli kabuslara uyğun bir xüsusiyyət göstərirlər.
Xüsusilə gecə gec saatlarda oyaq olan qadınlar daha çox kabus görürlər. (Nevrotik pozğunluq – güvənsizlik, qayğı, narahatlıq, nifrət, fokuslana bilməmək və plansızlıq kimi simptomlarla meydana gələn ruhi pozğunluqdur.)
6. Hamilə Qadınlar Qəribə Yuxuları Daha Çox Görürlər.
Hamilə qadınların, xüsusilə hamiləliyin son ayında, hamilə olmayan qadınlardan daha çox kabus gördükləri ortaya çıxdı. Bu pis yuxu nisbətinin hamiləliyinin son mərhələlərində yuxu keyfiyyətinin pis olması səbəbindən artdığı düşünülür.
7. Yuxu Görən İnsanların Nə Gördüyünü Müşahidə Edə Bilərik.

Bu elmi-fantastik məlumat, 2013-cü ildə, alimlər insanların yuxularında gördüklərinin fMRI (funksional maqnetik rezonans görüntüləmə) vasitəsilə izlənə biləcəyini aşkar etdikdə gerçəkləşdi.
Yuxuda və ya oyaq olsaq da, beyin fəaliyyət nümunələri eyni zehni görünüşlərə uyğundur. Başqa sözlə, bir insan qırmızı bir alma xəyal edirsə, yuxularında bu “qırmızı” ilə əlaqəli beynində də eyni fəaliyyət göstərir.
8. Qoxular, Yuxularımızı Formalaşdırır.

2008-ci ildə edilən bir tədqiqatda; qoxuların yuxularımızın emosional əhval-ruhiyyəsinə təsir etdiyi aşkar edilmişdir. Alman tədqiqatçıları iştirakçıların bir hissəsini çürümüş yumurta qoxusuna, digər hissəsini aromatik qoxulara məruz qoydular.
Çürük yumurtaların qoxusuna məruz qalan insanlar daha çox mənfi yuxular, aromatik qoxulara məruz qalan insanlar isə daha şirin yuxular gördüklərini bildirdilər.
Yazını bəyəndinizsə paylaşaraq bizə dəstək ola bilər və eyni zamanda digər maraqlı yazılarımızla da tanış ola bilərsiniz. Sağlıqla və də elmlə qalın:)
İstinadlar :
https://play.google.com/store/apps/details?id=com.app.beyinsizler