UFO Buludları | Lentikulyar Buludlar

Yer atmosferi indiyə qədər tədqiq etdiyimiz ən nadir planetar atmosferlərdən biridir. Həyatın meydana gəlməsinin ən vacib səbəblərindən biri olan atmosfer quruluşumuz olduqca xüsusi olduğundan, eynisi hələ dünyamızdan başqa bir yerdə tapılmamışdır. Çox incə bir tarazlığa və məzmuna sahib olan atmosferimiz, bu tarazlıq səbəbiylə bəzi inanılmaz hadisələrin baş verməsinə səbəb ola bilər.

Hər gün göy üzünə baxanda gördüyümüz möhtəşəm mənzərə bizləri valeh etməyə bəs edir. Yer üzündə həyatın mənbəyi sudur və bu su da buludlar vasitəsilə daşınır. Baxdığımızda, buludları bəzən heyvanlara və yaxud başqa fiqurlara bənzədirik. Ümumilikdə isə, çox vaxt bizə dağınıq və ya təsadüfi formada görünür bu buludlar. Ancaq, indi sizlərə təbiətdə çox nadir hallarda baş verən bir hadisədən – “Lentikulyar buludlardan” danışacam.

Elm tərəfindən “lentikulyar buludlar”(latınca : lenticularis – lens, mərcimək) olaraq bilinirlər. Ufo şəklinə çox bəndikləri üçün bunları “Ufo buludları” kimi də adlandırırlar.

Təbiətdə çox nadir rast gəlinən lentikulyar buludlar qətiliklə fotoşop məhsulu deyil. Bunlar əsl təbiət hadisələridir.

Lentikulyar buludlar necə əmələ gəlir?

Bu buludların əmələ gəlməsi olduqca nadirdir və buna görə də hər kəsə məlum olmaya bilər. Lentikulyar buludlar dağlar və ya vadilər kimi böyük yüksəklik fərqləri olan bölgələrdə meydana gəlir. Bu cür bölgələrdə əsən küləklər bir çox maneələrlə qarşılaşırlar və kifayət qədər sürətə sahib olduqları təqdirdə, bu maneələr təzyiq fərqliliyinə görə bu bölgələrdə axınlara səbəb olur. Əsən külək kifayət qədər güclüdürsə və kifayət qədər uzun müddət əsirsə, lentikulyar buludlar əmələ gəlməyə başlayır. Yalnız, sadəcə küləyin güclü və davamlı olmasını deyil, eyni zamanda fərqli sürətlərdə əsməyini də tələb edən bu buludlar təbiətdə çox gözəl mənzərələr yaradırlar.




İstinadlar :

https://www.webtekno.com/bilim-haberleri/gokyuzu-deliniyormus-gibi-gorunmesine-sebep-olan-ufo-bulutlari-h12411.html

http://www.mistikalem.com/foto-galeri/bilimsel/ufo-sanilan-bulutlar-galeri-3493

Published by From Earth

If u see this, i've already done.

Bir şərh yazın

Design a site like this with WordPress.com
Başla: