Nikola Tesla – Elektrikin Atası, 10 iyul 1856-cı ildə Xorvatiyanın Smiljan şəhərində dünyaya gözlərini açır. Uşaqlıqdan bəri külək, çaylar və şimşəklər onu valeh edir və təəccübləndirirmiş. Və
bu, onu gələcəkdə doğurdan da “Şimşəklərin Tanrısı” edəcəkdi.
Litseydə oxuyarkən Tesla, daha sonradan fizika professoru sayəsində elektrik nümayişləri ilə maraqlandığını yazacaqdı. Tesla, bu “sirli hadisələr” nümayişləri ilə “bu ecazkar qüvvəni daha çox bilmək” istədiyini bildirirdi. Tesla inteqralı öz beynində hesablaya biləndə müəllimləri onun yalan danışdığını zənn edirdilər. Dörd illik təhsilini üç ildə tamamlayan Tesla 1873-cü ildə litseydən məzun olur.
1873-cü ildə Tesla Smiljan-a qayıdır. Qayıdandan bir müddət sonra vəba xəstəliyinə tutulur. Doqquz ay yataqlara düşür və dəfələrlə ölümdən qayıdır. Bir anlıq ümidsizlik içində Teslanın atası (əvvəlcə Teslanın kahinliyə girməsini istəyən) oğlunu xəstəlikdən sonra ən yaxşı mühəndislik məktəbinə göndərəcəyinə söz verir. Bu sevindirici xəbərdən sonra Teslanın sağalmağa başladığı deyilir.
Karyerasına 1881-ci ildə Budapeştdə bir Amerikan telefon şirkətində elektrikrik mühəndisi olaraq başlayır. Bir gün dostu ilə parkda gəzərkən yerdə çəkdiyi yeni bir elektrik mühərriki ideyası İnduksiya Motoru patentinə çevrilir. Və bu möhtəşəm ideya günümüzdə alətlərdən tərtibatlara, avtomobillərdən sənaye sahələrinə qədər hər yerdə istifadə etdiyimiz elektriklə işləyən motorların eynisi idi. Bu ixtira üçün Tesla: “Alternativ cərəyan üçün istehsal etdiyim motor düşündüyüm kimi idi. Fikrimdə canlandırdığım şəkilləri istehsal etdim və nəticədə tam olaraq gözlədiyim kimi işlədi. ” deyir.

1884-cü ildə, 28 yaşında, cibində iş sahibindən ampulun ixtiraçısı olan Thomas Edisona yazılmış bir məktub və çox az bir pul ilə Amerikaya köçür. Məktubda: ‘‘İki böyük insan tanıyıram, biri sizsiniz, digəri isə bu cavan oğlandır.” sözləri yazılı olur. Edison onu işə götürür və daha sonra ondan şirkətin generatorlarını 50.000 dollar mükafat qarşılığında yenidən dizayn etməsini istəyir. Tesla, çox qısa müddətdə əla bir iş görməyi bacarır və haqqı olan pulu istədikdə Edison ona söylədiyi sözlərin bir zarafat olduğunu və onun bundan anlamadığını deyərək həmin pulu ona verməkdən imtina edir. Bu hadisədə xəyal qırıqlığı yaşayan Tesla, Edison Machine Works şirkətindən istefa edir və beləliklə, Tesla ilə Edison arasında ilk gərginlik başlamış olur.
Növbəti illərdə Tesla, Edisonun Birbaşa Axın(DC) üsuluna qarşı özünün Alternativ Axın(AC) üsulunu kəşf edir. Edisonun istifadə etdiyi Birbaşa Axın ilə uzaq məsafələrə elektriki daşımaq çox çətin və baha başa gəlirdi. Ancaq Teslanın kəşf etdiyi Alternativ Axında cərəyanın amplitudası və istiqaməti vaxtaşırı dəyişdiyinə görə elektriki çox daha ucuz və təhlükəsiz olmaqla daha uzaq məsafələrə daşımaq mümükün olmuşdu. Milyoner bir təşəbbüskar olan George Westinghouse Tesla’nın müasir ixtiralarını görməyə başlayır. Təhlükəsiz elektrik’in ötürülməsinə nail ola biləcəyini düşünərək 60.000 dollar müqabilində Teslanın patentlərini alır və ona Westinghouse şirkətində böyük bir payın(40%) veriləcəyini vəd edir.

AC(Alternativ Cərəyan) müvəffəq olarsa Tesla çox zəngin olacaqdı. Bunun qarşısını almaq üçün Edison qaralama siyasətini həyata keçirməyə başlayır. İnsanlara AC-nin idarəolunmaz və ölümcül olduğunu göstərmək üçün meymun, fil və s. kimi canlılara insanların gözü qarşısında AC verərək öldürdüyü deyilir. Bunun qarşılığında Tesla, alternativ cərəyanı öz bədənindən keçirərək onun nə qədər etibarlı olduğunu dünyaya sübut edir və bunu aşağıdakı sözlərlə izah edir: “Tezlik yüksək olduğu müddətdə, yüksək gərginliklərdə dəyişən cərəyanlar heç bir zərər vermədən dəri səthində yayılırlar. Ancaq bu sadəcə həvəskarların edə biləcəyi bir şey deyil. Sinir toxumalarına nüfuz edə bilən milliamperlər ölümcül təsir göstərə bilər, lakin dəridəki amperlər qısa müddətə zərər vermir. Dərinin altına sıza bilən aşağı tezlikli cərəyanlar isə, istər dəyişkən olsun, istərsə də birbaşa cərəyan, ölümə səbəb ola bilər. “

1895-ci ildə Teslanın laboratoriyasında bir yanğın baş verir və ixtiraları da daxil hər şey kül olur. Ancaq o, bu qaranlıqdan daha da aydınlanmış şəkildə çıxır.
Tesla, kompleks bir generator və transformator sistemi dizayn edərək bunun mühəndisliyini edir. Və
1896-cı ildə ilk uzun məsafəli AC su elektrik stansiyası istifadəyə verilir və beləliklə, Buffalo şəhəri 34 kilometr genişlikdə aydınlığa-işığa qovuşur. Niagara Şəlaləsindən saniyədə 3 milyon litr su ilə 2.4 milyon kilowatt elektrik enerjisi istehsal etməyi bacarır, lakin Teslanın çox daha böyük bir xəyalı var idi – enerjini dünyanın hər tərəfinə pulsuz və naqilsiz olaraq ötürə bilmək.

Bu səbəblə Tesla, 1899-cu ildə Kolorado Springs‘də simsiz enerji təcrübələri aparmağa başlayır. Lakin sonradan, bu plan gəlir güdən kapitalist insanların işinə yaramayacağı üçün Teslaya dəstək olmaqdan imtina edirlər. Onun bir sehrbaz olduğunu və Tanrının işinə müdaxilə etdiyini düşünənlər var idi və hətta onun kosmosla əlaqə qurduğunu belə iddia edirdilər. Bunun səbəbi Teslanın dövrünün çox-çox irəlisində bir dahi olması idi. 1898-ci ildə pultu icad edən Tesla, 2 metr məsafədən idarə edilə bilən gəmi ilə insanlara bir şou göstərmişdi. Teslanın mexaniki bir osilator, yəni zəlzələ maşını hazırladığını da iddia edirlər. Prinsip bu idi ki, hər şeyin rezonanslı bir tezliyi var idi və bu tezlik osilator kimi bir cihazın qüvvəsi ilə artırılarsa, hər hansı bir cism parçalana bilərdi. Tesla da, inşaat halında olan bir binada bunu yoxladığını söyləyir:
“Bir neçə saniyə içərisində binanın titrəməyə başladığını hiss etdim. On dəqiqə daha belə davam etsəydim binanı və küçəni dağıda bilərdim. Eyni cihazla Brooklyn Körpüsünü 1 saatdan qısa bir müddətdə East çayına endirə bilərəm.”
Radionun ixtirasına görə 1909-cu ildə Marconi‘yə Nobel mükafatı verilir. Lakin uzun zaman sonra Marconi’nin Tesla’nın patentlərindən istifadə etdiyi aydın olur. Və patentlər əsl sahibinə verilir. Tesla bu vəziyyətlə əlaqədar; ”Marconi yaxşı bir dostdur, mənim 17 patentimdən istifadə edir, qoyun davam etsin.” demişdir.

Qəribə vərdişləri olan Tesla, göyərçinlərlə dostluq etdiyini, hətta onlardan biri ilə daha yaxın əlaqəsinin olduğunu deyirdi.
İnsanlarla əl sıxmayan, həddindən artıq vasvası və həyatındakı hər şeyin üç’ün qatı olduğunu düşündüyü də bu vərdişlərdəndən bir neçəsidir.
7 yanvar 1943-cü il etibarı ilə, iyirmi altı ölkədə ona məxsus təxminən üç yüzə yaxın patent var idi. Böyük dahi son illərini tək başına New Yorker Otelində pulsuz, səfil və borc içində keçirməyə məcbur olur. Əlbətdə, otaq nömrəsi yenə də üçə bölünən bir ədəd idi: 3327. Tesla, 7 yanvar 1943-cü ildə New Yorker Otelində vəfat edir və ölümündən sonra otel sahibi həmin otağı onun adına həsr edir.
Həyatda pul üçün yox, insanlığın gələcəyi üçün çalışdığını bildirən Tesla: “Pul, insanların özlərinə verdikləri dəyərə layiq deyildir. Mənim bütün pullarım təcrübələrimə sərf edilmişdir. Bunlarla yeni kəşflər edib insan oğlunun həyatını az da olsa asanlaşdırmağa çalışıram” deyir və elmin bir növ pul vasitəsinə çevrilməsinə qarşı çıxaraq bunu öz nümunəvi həyatı ilə bizlərə göstərmişdir.
Hazırda Tesla’nın alternativ cərəyan generatorları, mühərrikləri və transformatorları bütün dünya sənayesini, fərdi işıqlandırma və hazırda istifadə etdiyimiz bir çox elektron cihazı gücləndirir. Dünyaca məşhur Edison isə, sadəcə bu gün batareyalarda istifadə olunan birbaşa cərəyanın öncülüyünü etmiş və lampanı kəşf etmişdir.

Nəticədə, Çağının çox irəlisində bir elm adamı olan Nikola Teslanın kəşfləri bu gün də elm adamları tərəfindən yeni kəşf olunmaqdadır. Bir çox ixtirası oğurlanan və bir çox layihəsi əngəllənən elm adamı olan Tesla, haqqı yeyilən bir dahidir. Bütün ömrü boyu insanlığın gələcəyi və elm üçün çalışsa da, layiq olduğu dəyəri heç vaxt tam olaraq görə bilməmişdir.
“İnsanların mənim fikirlərimi oğurladığına görə təəssüflənmirəm, özlərinə aid bir fikirləri olmadığına görə təəssüf edirəm. ” Nikola Tesla
Kapitalist sistemin mənafeyinə uyğun olmayan ixtiraları ilə vaxtında özünə dəstək ala bilməyən Tesla, əgər düşüncələrini həyata keçirə bilsəydi, dünya indi çox daha fərqli bir yer ola bilərdi. Tesla bu qədər əngəllənmiş olsa da, günümüzə qədər gəlib çıxan ixtiraları belə dünyanı dəyişdirmək üçün kifayət etmişdir.
Elmin Atası olan və hər kəsin tanıması gərəkən Teslanı hörmətlə anırıq və paylaşımımızı onun bir neçə öz sözləri ilə bitiririk:
“Bir çox insan xarici aləmin gedişatına o qədər qapılıb ki, öz içlərində baş verənlərdən tamamilə xəbərsizdirlər.”
“Uğursuz olsaq da, səylərimiz boşa getmir…”
“Sülh yalnız ümumdünya aydınlanmasının və millətlərin bir araya gəlməsinin təbii nəticəsi olaraq yarana bilər; biz hələ bu dinc reallıqdan çox uzağıq. ”
“İzin verin, gələcək doğruları söyləsin və hər kəsi işlərinə və qazandıqlarına görə qiymətləndirsin. Bu gün onların olsun, amma uğrunda çox çalışdığım gələcək mənimdir. ” N. Tesla
İstinadlar :
“Bilim Işığında” dergisi, sayı 1(Nisan)
Nikola Tesla ‘yı Çağın Çok İlerisinde Bir Bilim Adamı Yapan 10 Özelliği
https://play.google.com/store/apps/details?id=com.app.beyinsizler