- Bizə maddi dəstək olmaq üçün əlaqə saxlaya bilərsiniz :
Salam, dəyərli dostlar. Bildiyiniz kimi, bu platformda əsasən Elmi və Texnoloji olmaqla, maraqlı məlumatlar paylaşırıq. İstəyimiz və əsas məqsədimiz sizlərin də dəstəyi ilə ölkəmizdə elmi, biliyi, müasir dünya görüşünü bütün insanlara çatdıra bilməkdir. Saytımız yenidir və təmamilə həvəskar gənclərdən təşkil olunduğunu vurğulamaq istərdim. Elmi insanlara çatdırmaq üçün bizlər təbii olaraq daha çox çalışmalı oluruq. Və bu halda ən azından saytımızın texniki işlərini həll etmək üçün maddi dəstəyə də ehtiyac duyuruq. Bu xüsusda, elmə dəyər verən sizlərin bu yardıma qoşulacağından heç bir şəkildə şübhə etmirəm. Paylaşdığımız məqalələri sizlər də öz ətrafınızda paylaşsanız bizə ilk ən önəmli dəstəyi vermiş olarsınız. Əvvəlcədən, bizə dəstək olan hamıya dərindən təşəkkürlər)))
Bilirik ki, Elm və Texnologiya hər keçən saniyə inkişaf edir. Bəs bizlər nə üçün bu yenilikləri az da olsa izləmək əvəzinə, keçmiş rituallara bağlı qalırıq sizcə? “Onsuz da kimlər isə bu işlə məşğul olur” deyib keçməklə özümüzü və xüsusən də gələcək nəslimizi mənfiyə doğru aparırıq. Nə üçün bizim ölkədən də Einstein’lər, Hawking’lər, Maxvell’lər, Faraday’lar, Freud’lar və s. Möhtəşəm elm insanları çıxmasın sizcə? Əgər mənimlə həmfikirsinizsə sizlər də bizə qoşula bilər və ya maddi dəstək üçün yuxarıdakı e-mail ünvanı ilə əlaqə saxlayaraq elmi bütün ölkəyə sevdirmə yolunda birlikdə irəliləməyimiz üçün siz də bir sütün əmələ gətirə bilərsiniz)