Salamlar hər kəsə. Bildiyiniz kimi, saytımızda elmi məqalələr dərc edirik və bizimlə birgə elmi qloballaşdırma işində bizə yardımçı olacaq yeni könüllü Yazar dostlar axtarırıq. Əgər siz də bizə qoşulmaq istəyirsinizsə aşağıdakı formu dolduraraq bizə müraciət edə və bu məsuliyyətli yolda birgə addımlamağımız üçün bizə dəstək ola bilərsiniz😃.
Əsas məlumatlar:
Bildirmək istəyirəm ki, platformamız təmamilə həvəskar şəkildə qurulub və ortada elmi insanlara çatdırmaqdan başqa heç bir xeyir məqsədi güdülmür. Təbii olaraq, yazarlıq bizdə könüllü şəkildə həyata keçirilir və buna görə yazar dostlarımıza heç bir məvacib ödənilmir. Yazarlarımızın öhdsinə bu səbəblə heç bir məcburiyyət qoyulmur və onlardan yeganə istəyimiz sadəcə bizə həftə ərzində azı 1 elmi məqalə göndərmələridir. Bunun üçün əvvəlcə aşağıdakı formu düzgün şəkildə doldurmağınız xahiş olunur. Xüsusilə də, e-poçt ünvanı və mobil telefon nömrəsi dəqiq yazılmalıdır. Ən qısa zamanda göndərdiyiniz məlumatları nəzərdən keçirərək sizinlə alaqə saxlayacağıq(e-poçt və ya WhatsApp vasitəsilə).