Antimaddə: İngilis fizik Paul Dirac, 1928-ci ildə nisbi sürətlərlə hərəkət edən bir cüt elektronun hərəkətlərini açıqlaya bilmək üçün xüsusi nisbilik ve kvant teoriyasını birləşdirən bir formul yazdı. 1933-cü ildə ona Nobel mükafatı qazandıran bu formul bir problemi işarə edirdi.

Kvadratı bilinən bir naməlum ədədi tapmaq istədikdə əlimizdə iki cavab alınmış olur. Həmin ədədin neqativi də, pozitivi də bizim cavabımızdır. Məsələn, x2= 4 formulunu hesabladığımızda x = 2 və x = -2 şəklində iki kök əldə edirik. Buna görə, Dirac’ın bərabərliyi biri pozitiv, digəri isə neqativ yüklü iki elektron üçün iki fərqli həll yoluna sahib idi. Bu vəziyyətə klassik fizika ve məntiq yolu ilə baxıldığında, bir zərrəciyin enerjisinin həmişə pozitiv şəkildə olması lazım idi. Dirac isə bu fenomenə başqa cür fikir bildirərək, bunun hər zərrəcik üçün əks enerjiyə sahib, bir-birilə eyniləşən bir anti-zərrəcik cütü olması gərəkdiyini bildirdi. Misal üçün, bir elektrona qarşılıq gələrək hər baxımdan eyni, ancaq pozitiv elektrik yükünə sahib bir “anti-elektron” ya da “pozitron” var olmalı idi. Bu ideya, ağıllarda təmamilə anti-zərrəciklərdən əmələ gələn galaktikalar, ya da kainatlar var ola biləcəyi şübhəsini oyandırdı. Hələ ağılları qarışdıran bir məsələ daha var ki, maddə ilə anti- maddə birləşdikdə enerji ortaya çıxararaq gözdən itirlər, yox olurlar.

Böyük partlama (Big Bang) prosesi zamanı bərabər miqdarda maddə və antimaddə əmələ gəlmiş olmalı idi.Bəs kainatda nə üçün antimaddədən çox maddə var? CERN’dəki fiziklər tədqiqatlar apara bilmək üçün Böyük Hadron Toqquşdurucusunda antimaddə əmələ gətirməyə çalışırlar. Araşdırma aparanlar hələlik Antiproton Yavaşladıcı sayəsində anti-protonların hərəkətlərini ve özəlliklərini daha hərtərəfli şəkildə incələyərək məlumat toplayırlar.
İstinadlar:
https://beyinsizler.net/evrenin-bir-baska-gizemi-antimadde-nedir/
Çox gözəl məlumatlardı qardaşım və çox da dərin bir mövzudu, görək CERN’dəki təcrübələr hara aparıb çıxarır bizi👍👊👏👏
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Təşəkkürlər, qarşıda hələ CERN’ə çox qayıdacağıq😄😉
BəyənBəyən