Kainatın başlanğıcı olaraq qəbul edilən Böyük Partlama(Big Bang) hadisəsindən sonra saniyənin milyonda biri qədər müddətdə kainatın ilk hissəcikləri ətrafa səpələnməyə başlandı. Ətrafa yayılan zərrəciklər kütləsiz və saf enerjili bir halda idilər. Ancaq biz bu gün kainatda bilinən hər şeyin bir kütləsi olduğunu bilirik. Və beləliklə, Higgs bozonu sistemə daxil olur. Higgs bozonu heçliyə kütlə qazandıran məhz həmin zərrəcikdir. Mətbuatda bu zərrəciyə “Tanrı hissəciyi” də deyirlər. “Dark” dizisinə baxanlar yəqin ki, ən azı 1 dəfə bu termini eşidiblər(Netflixə salamlar🖐🏻😁).

Higgs bozonunu belə bir misalla başa sala bilərik:
Bir neodyum maqnit(hazırda ən güclü maqnit növü) və bir otaq dolusu adi maqnit fikirləşin. Həmin neodyum maqnitini digər maqnitlərin olduğu otağa qoyaq. Bu zaman normal maqnitlər neodyum maqnitinin ətrafını çevrələyəcək və hərəkət etdirməyə çalışsanız, bu proses hər dəfə daha çox çətinləşəcək. Beləliklə, normal maqnitlər həmin otaqda bir kütlə və sahə əmələ gətirirlər. Big Bang prosesində ətrafa səpələnən zərrəciklər də məhz beləcə kütlə qazanmış oldular.
Higgs Bozonu 1960-cı illərdə Peter Higgs tərəfindən bir müddəa olaraq ortaya atılır. Ortaya atılmasından təqribən 30 il sonra ilk təcrübələr CERN-də(Avropa Nüvə Tədqiqatları Mərkəzi) həyata keçirilməyə başlandı. CERN-də aparılan təcrübələr nəticəsində əgər belə bir hissəcik varsa, həmin hissəciyin kütləsinin 114,4 GeV/c2 -dan kiçik ola bilməyəcəyini anladılar. Bəzi təcrübələr nəticəsində 2012-ci ilin iyul ayında CERN-də Böyük Hadron Sürətləndiricisində(LHC) yer alan ATLAS və CMS təcrübələrində kütləsi təxminən 125 GeV/c2 dəyərində bir hissəciyin müşahidə olunduğunu açıqladılar. Sonrasında, hərtərəfli aparılan analizlər nəticəsində həmin hissəciyin Higgs bozonu olduğu ortaya çıxdı.

Bəs, müddəanın ortaya atılması ilə kəşf olunması arasındakı müddətin 40 ildən uzun çəkməsinin səbəbi nə idi?
Higgs sahəsinin varlığının isbatlanmasının ən sadə yolu həmin sahə nəticəsində əmələ gələn təməl zərrəciyi (Higgs bozonunu) müşahidə etməyə çalışmaq idi.
Lakin spini və ya elektrik yükü olmayan Higgs bozonu çox qısa bir müddətdə parçalanıb yoxa çıxdığı üçün zərrəcik detektorlarında birbaşa müəyyənləşdirilə bilmir.
Bəzi təcrübələr nəticəsində əldə olunan məlumatlardan istifadə edilərək həmin proseslər əsnasında Higgs bozonuna bənzəyən bir hissəciyin yaranıb-yaranmaması təxmin edilməyə çalışılır. Həm də ki, Higgs bozonunun kütləsi standart model tərəfindən müəyyən edilə bilməyən, buna görə də təcrübələrlə ölçülməsi vacib olan parametr olduğu üçün Higgs bozonunun hansı enerji aralığında axtarılmasının lazım olduğu əvvəlcədən bilinmir.

Bütün bu çətinliklər səbəbindən Higgs bozonunun varlığının isbatlanması 40 ildən artıq vaxt almışdır. Bütün bu çətin proseslərin sonunda Peter Higgs və François Englert atom altı(subatom) zərrəciklərə kütlə qazandıran mexanizmanın nəzəri olaraq kəşfinə görə və təxmin edilən zərrəciyin ATLAS və CMS təcrübələri tərəfindən isbatlanması nəticəsində 2013-cü ildə Fizika üzrə Nobel Mükafatına layiq görüldülər.
Yazımı bəyəndinizsə aşağıda yer alan sosial şəbəkələrimizi də izləyərək bizə dəstək ola bilərsiniz. Dəstək olan hər kəsə əvvəlcədən təşəkkürlər))
İstinadlar:
Gözəl məlumatlar üçün təşəkkürlər, qardaşıma❤️, uğur böcəyi hər zaman səninlə olsun💡
BəyənBəyən
Çox sağol 😍, uğur böcəkləri həmişə bizimlədi, amma heyif ki həmişə görmürük)) 🤷♂️
BəyənBəyən