G-Qüvvəsi(G-Force) Nədir?

Yol açıqdır və kəmərləriniz bağlıdır. Mühərrikinizin 0-dan 100 km/saat sürətə neçə saniyəyə çıxa bildiyini test etməyə qərar verirsiniz. Yolunuzda heç bur nəqliyyat vasitəsi yoxdur və sürət limitinin olmadığını fərz edərək qaza basırsınız.


Təxminən 6 saniyə ərzində avtomobilinizin sayğacı saatda 100 kilometrə çatır və bu sürətlənmə zamanı yerinizə yapışırsınız. Sizi oturacağınıza yapışdıran bu sürət, üzərinizə tətbiq olunan G qüvvəsinin bir hissəsidir və təxminən 0.44 g-ə bərabərdir.
Maşını dayandırıb çölə çıxdınız. Bir g-qüvvəsi hələ də sizə təsir edir, ancaq sürətlənmədiyiniz üçün bunu hiss etmirsiniz. Bu g qüvvəsi Yerin cazibə qüvvəsindən qaynaqlanır və sizi sabit gücü 1 g olan Yerin mərkəzinə doğru sürətləndirməyə çalışır.

Avtomobilinizi dayandırıb sabit bir divara, maneəyə, nəqliyyat vasitəsinə saatda 100 kilometr sürətlə vursaydınız bu zaman 100 g gücünə məruz qalacaqdınız. Bu, daxili orqanlarınızda və damarlarınızda ciddi daxili qanaxma və parçalanmalara səbəb olacaqdı, nəticədə siz və digər insanlar bu cür qəzalardan sağ çıxa bilməzdiniz.



Yeri gəlmişkən, bir qeyd olaraq demək istəyirəm: Bu cür qəzalarda avtomobillərin ön hissələrinə çox ciddi ziyan dəyməsinin səbəbi, avtomobillərin həmin andakı şoku udmaq üçün, demək olar ki, yaya bənzər şəkildə hazırlanmalarıdır. Bu, 100 g deyil, daha az (30-40) g gücünə məruz qalmağınıza səbəb olur və sağ qalma şansınızı artırır. Əks təqdirdə, avtomobil istehsalçıları asanlıqla divara dəyəndə daha az ziyan ala biləcək avtomobillər istehsal edə bilərlər. Ancaq avtomobilin az zərər görməsi sizin sağ qalmağınıza kömək etməz.

G qüvvəsi (G force) nədir?


G qüvvəsi adını cazibə mənasını verən “gravitational” sözündən götürür. Akselerometr (Accelerometer) ilə ölçülə bilən sürətlənmə dəyərlərinə g qüvvəsi deyilir. Başqa sözlə, g-qüvvəsi sayəsində bir cismin ona tətbiq olunan qüvvə tərəfindən sürətlənərək və yavaşlayaraq istənilən istiqamətdə “ağırlıq“(weight) dəyəri meydana gətirməsidir. Ağırlıq qüvvəsi istehsalı üçün sürətlənən cism hər hansı bir müqavimətlə qarşılaşmalıdır. Bu müqavimət mənbəyi hava, bərk və ya maye səth ola bilər. Bir təyyarə ona təsir edən havanın müqaviməti sayəsində g-qüvvəsinə məruz qalır. Avtomobiliniz hava və yer tərəfindən tətbiq olunan müqavimət qüvvələrinin toplamı istiqamətində g qüvvəsi əmələ gətirir. Ancaq kosmik gəmidə olan bir astronavt yalnız mühərrikləri işə saldıqda, oturacağının ona verdiyi müqavimət səbəbindən g-qüvvəsinə məruz qalır, digər hallarda g qüvvəsi meydana gəlməz, yəni çəkisizlik şəraitindədir.


Hal-hazırda, biz Yerin cazibə qüvvəsinin təsiri altındayıq, amma hiss etdiyimiz 1 g qüvvəsi bu cazibə qüvvəsinin birbaşa olmayan nəticəsidir. Hər hansı bir cazibə qüvvəsinin təsiri altında olarkən bizə qarşı müqavimət göstərəcək bir şeylə qarşılaşmasaq, heç bir qüvvə hiss etməyəcəyik. Bu vəziyyət sıfır-g (zero-g) adlanır. Buna görə Beynəlxalq Kosmik Stansiyada və ya Apollo missiyalarında olan astronavtlar Yerin və ya Ayın cazibə qüvvəsinin təsiri altında olduqda g-qüvvəsi hiss etmirlər.


Sizə təsir edən g qüvvəsi, az əvvəl yazdığımız kimi, ağırlığa səbəb olur. Əgər dünyadakı çəkiniz 84 kq-dırsa, bu, Ayda 13,9 kq, Marsda 31,6 kq və Yupiterdə 198,5 kq-a uyğundur. Beləliklə, bəzilərinizin “mən Marsda bu qədər yüngüləm” deməsi, bir az çəki probleminizin olduğu gerçəyini dəyişmir, bu işə yaramayacaq, məncə sınamayın :). Kütləniz və məruz qaldığınız g-qüvvəsi ağırlığınız olaraq sizə geri qayıdır. Düstur aşağıdakı kimidir:


Çəki = kütlə x (- g qüvvəsi)

G-qüvvəsinin əvvəlində “-” yazılmasının səbəbi g qüvvəsinin istiqamətinin alınan çəkinin istiqaməti ilə əks tərəfli olmasıdır. Çəki yaradan g-qüvvəsinə eyni zamanda müsbət g-qüvvəsi də deyilir. Əks təqdirdə mənfi g-qüvvəsi meydana gəlir. Sadə bir nümunə ilə, avtomobiliniz sürətlənərkən siz müsbət g-qüvvəsinə məruz qalırsınız və avtomobil yavaşlayarkən sizin önə doğru əyilməyinizə səbəb olan isə mənfi g-qüvvəsidir.

1 g qüvvəsi bizim üçün normaldır. G qüvvəsi Artdıqca dözümlülüyümüz azalır və şüur itkisindən ölümə qədər müxtəlif nəticələrə səbəb ola bilir. Müsbət g-qüvvəsi üçün dözümlülük həddimiz nisbətən daha yüksəkdir, lakin mənfi g-qüvvəsi üçün dözümlülük həddimiz daha aşağıdır.

Gəlin, müsbət və mənfi g-qüvvələrin və onların təxmini sürətləndirmə dəyərlərinin bəzi maraqlı nümunələrinə nəzər salaq.

0.16 g / 1.6 m / s²: Ayda tullanırsınız və yıxılmağa başlayanda sürətiniz hər saniyədə 1,62 metr artır. Aya doğru on saniyə davam edən bir düşüşdə saniyədə 16,2 metr sürətlə yerə dəyəcəksiniz.

1g / 9,8 m / s²: Yer

3g / 30 m / s²: kosmik gəmi (atmosferə atıldıqda və daxil olduqda maksimum dəyəri); İnsan bədəni 3 g sürətlənməsinə 25 saniyə dözə bilər, bundan sonra yüksək g sürətinin mənfi təsiri hiss olunmağa başlayacaq.

6.3 g / 60 m / s²: Roller Coaster; tema parkı qatarları qısa müddət ərzində bu yüksək sürətləndirmə dəyərlərinə çıxaraq başınızı hərləndirə bilər. Uzun müddət məruz qalınmadığı üçün yüksək g dəyəri mənfi təsirlər törətmir.

+ 7g / +70 m / s² & -5g / -50 m / s²: Aerobatik glider; motorsuz, sürüşmə prinsipi ilə işləyən təyyarələr olan gliderlər aerobatik manevrlər zamanı bu maksimum müsbət və mənfi dəyərləri yarada bilər.

7.1g / 71m / s²: Apollo 16 (atmosfer girişi).

9g / 90 m / s²: G-suit geyən bir çox pilotun limiti.

12g / 120 m / s²: Bir çox hərbi təyyarənin yuxarı həddi.

18g / 180 m / s²: Fiziki zərər verə biləcək ani g-qüvvəsi.

50g / 500 m / s²: Ölüm və ciddi yaralanmalara səbəb ola biləcək ani bir g qüvvəsi.

100g / 1000 m / s²: Saatda 100 kilometr sürətlə divara dəyən bir avtomobil qəzası: Təhlükəsizlik kəməri və hava yastığı avadanlıqlarına çox da etibar etməyin, orqanlarınız da bu g qüvvəsinə məruz qalır və boynunuz qırılmasa da, çox sayda orqanınız ciddi şəkildə zədələnəcəkdir. Həm də, ciddi daxili qanaxma olacaq. Bu qəzalardan canlı sağ qalma faizi çox aşağıdır. Magistral yolda saatda 160 kilometr sürətlə avtomobil sürdüyünüz zaman bunu yenidən düşünün.
Avtomobil sürmək “məsuliyyətli bir işdir”. Hər il dünyada 1 milyon insan atom elektrik stansiyasındakı qəzalarda deyil, avtomobil qəzalarında ölür.

200g / 2000 m / s²: Sərt disklər üçün qapalı vəziyyətdə şoka dözümlülük.

300g / 3000 m / s²: Futbol topunun ən çox məruz qaldığı zərbə.

15.500 g / 150.500 m / s²: Müasir hərbi top mərmilərinin içərisindəki elektron birləşmənin şoka dözümlülüyü.

31,000 g / 310,000 m / s²: 9 millimetrlik silah güllələrinin məruz qaldığı orta g-qüvvəsi.

100.000 g / 1.000.000 m / s²: Yırtıcı qarışqaların çənələrinin bağlayıcı qüvvəsi.

390,000 g / 3,900,000 m / s²: Sirius B ulduzunun üzərində dayana bilsəniz, məruz qalacağınız g qüvvəsi. (Tərəzidə çəkiniz 100 milyon tondan çox olacaq.)

G-qüvvəsinin insanlara təsiri:

Hərbi reaktiv pilotlar g-qüvvəsinə qarşı dözümlülüklərini artırmaq üçün təlimlər keçirlər və normal insanların dayana biləcəyi g-qüvvələrindən daha uzun müddət dayana biləcək səviyyəyə gətirilirlər.

G-qüvvəsi üçün dözümlülük həddi dəyişkən olsa da, normal bir insanın dözümlülük həddi təxminən 5 g (bu səbəbdən bəzi insanlar roller coaster qatarlarında huşunu itirirlər), hərbi pilotlarda təlim və məşq geyimləri ilə bu hədd 9 g-ə qədər arta bilər. Bu g qüvvələrinə üfüqi bir vəziyyətdə dayana bilmə həddimiz daha yüksəkdir. Bu səbəbdən kosmonavtlar kosmosa göndərilən zaman səmaya baxacaq vəziyyətdə otururlar. Bu, ayaqüstə dayanmağın çətinliyindən deyil, g-qüvvəsinə qarşı dözümlülüyün artmasına görədir.

Bununla belə, gündəlik etdiyimiz bütün məşğuliyyətlərimiz üçün g qüvvəsinə borcluyuq. Doğrudur, g qüvvəsi olmasa idi bizlər rahatca havada süzülərək uça bilərdik, amma bu halda atmosferimizin də çəkisizlikdən uçub gedəcəyi üçün yaranan vəziyyət o qədər də xoş olmazdı :)

İstinadlar :

https://www.kozmikanafor.com/g-kuvveti-nedir/

Published by From Earth

If u see this, i've already done.

G-Qüvvəsi(G-Force) Nədir?” üçün 2 şərh

Xelil Memmedov üçün bir cavab yazın Cavabı ləğv et

Design a site like this with WordPress.com
Başla: